AZ

“Müəllimlər üçün xüsusi Təhsil kartına istirahət məkanları da əlavə edilsin” – Elmin Nuri

“Təhsil kartının endirim, güzəşt paketlərində muzey, teatr, kinoteatr və s. bu kimi mədəni qurumlar, eləcə də bir neçə sanballı istirahət məkanlarının da adının olması pis olmaz”.

Viral.az-ın məlumatına görə, bu sözləri Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib.

“Bu endirimlərin tətil günlərində daha da əlverişliliyi lap yerinə düşərdi. Müəllimlik təəssüf ki, ən az istirahət edən peşələr cərgəsindədir. Şəxsən tanıdığım yüzlərlə müəllim tanışın təcrübələrinə əsasən bunu deyirəm. Məktəbdən evə çox iş aparılır. Bir tərəfdən də stress, xəstəlik, qayğılar və s. Heç olmasa, tətil günlərində bu şansdan yararlanıb istirahət edə bilsinlər”.

Son Yazılar:

Yusif EYVAZLI

Seçilən
69
viral.az

1Mənbələr