Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 5-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə A, B və C Liqaları çərçivəsində 8 qarşılaşma baş tutacaq.
A Liqasının 2-ci qrupunda Fransa yığması İsraili, Belçika millisi isə İtaliyanı qəbul edəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunun qalan oyunları noyabrın 15-də və 16-da keçiriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
14 noyabr
A Liqası, 2-ci qrup
23:45. Belçika – İtaliya
23:45. Fransa – İsrail
Xallar: İtaliya – 10. Fransa – 9. Belçika – 4. İsrail – 4.
B Liqası, 2-ci qrup
23:45. Yunanıstan – İngiltərə
23:45. İrlandiya – Finlandiya
Xallar: Yunanıstan – 12. İngiltərə – 9, İrlandiya – 3, Finlandiya – 0.
B Liqası, 3-cü qrup
19:00. Qazaxıstan – Avstriya
23:45. Sloveniya – Norveç
Xallar: Norveç – 7. Avstriya – 7. Sloveniya – 7. Qazaxıstan – 1.
C Liqası, 4-cü qrup
21:00. Ermənistan – Farer adaları
23:45. Şimali Makedoniya – Latviya
Xallar: Şimali Makedoniya – 10. Ermənistan – 4. Latviya – 4. Farer adaları – 3.