Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim forumu beynəlxalq əhəmiyyətli tədbirlərlə zəngindir. Belə ki, noyabrın 14-də belə formatda ilk olan Özbəkistan Respublikasının pavilyonunda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ekologiya və ətraf mühit nazirlərinin görüşü baş tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın müvafiq nazirliklərinin rəhbərləri və TDT-nin Baş katibi iştirak ediblər. İştirakçılar təşkilata üzv dövlətlərin ekologiya nazirlərinin Bəyannaməsini imzalayıblar. Daha sonra çıxışlar edilib.
Nazirlər və TDT-nin Baş katibi BMT-nin hazırkı iqlim gündəliyinə tam dəstəyini ifadə ediblər və COP29-un ilk günlərində qeyd olunan məqsədlərə əməl olunmasına dair öhdəliklərini təsdiqləyiblər.