AZ

“İsrail Türkiyəyə hücum edə bilər”- Yaşar Gülər

“Bizə hətta sülh dövründə də güclü arxa cəbhə lazımdır. Ona görə də prezident buna diqqət yetirir. İsrailTürkiyəyə  hücuma keçə bilər”, – bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​TV100-də deyib. Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəfələrlə qeyd edib ki, İsrail tərəfinin bölgədəki hərəkətləri son nəticədə “böyük İsrail” layihəsinin həyata keçirilməsi çərçivəsində Türkiyə və onun ərazisinə yönəlib.

Yaşar Gülər ​​həmçinin qeyd edib ki,  Türkiyə həmişə müharibəyə hazır olmalıdır.

“Üçüncü Dünya Müharibəsi qəfildən başlaya bilər. Biz artıq ikisini yaşadıq və onların necə başladığını xatırlayırıq. Bunun üçün hətta kiçik bir hadisə də kifayətdir. Biz müharibə istəmirik, lakin hər zaman buna hazır olmalıyıq.”, – Türkiyənin müdafiə naziri əlavə edib.

Seçilən
53
veteninfo.az

1Mənbələr