AZ

CHP yenidən qurultaya gedir? - "Cin şüşədən çıxıb"

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində qurultayla bağlı müzakirələr aparılır.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müzakirələrin başlamasına səbəb partiyanın İstanbuldan seçilən deputatı Oğuz Kaan Salıcının CHP lideri Özgür Özəli tənqid etməsi olub.

 

O, CHP-də qurultay keçirilməsinə çağırış edib və mərkəzi qərargah buna sərt reaksiya verib. Özgür Özəlin əleyhdarları növbədənkənar qurultay üçün imza toplamaq təşəbbüsü ilə çıxış etməyiblər. Ancaq həm Salıcıya, həm də sabiq sədr Kemal Kılıçdaroğluna yaxın adlar proseslə bağlı “Cin şüşədən çıxdı” ifadəsini işlədir.

 

Qeyd edək ki, Özgür Özəl isə sədr seçildiyi qurultay 4-5 noyabr 2023-cü il tarixlərində keçirilib. Partiyanın nizamnaməsinə və “Siyasi partiyalar haqqında” qanuna əsasən, növbəti növbədənkənar qurultay ən geci 2026-cı ilin noyabrında keçirilməlidir.

 

Ancaq Özgür Özələ yaxın mənbələr növbədənkənar qurultayın keçirilməsini istisna edir.

Seçilən
31
1
modern.az

2Mənbələr