AZ

Tramp vəkili prokuror təyin edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp baş prokuror müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Blanş son bir yarım ildir ki, Trampın hüquqlarını təmsil edir. O, keçmiş porno aktrisa Stormi Daniels ilə bağlı yaranmış qalmaqalda Trampın hüquqlarını qoruyub. CNN mənbələri bildirir ki, bu müddət ərzində Blanş Trampa daha da yaxınlaşıb; onu tez-tez siyasətçinin Mar-a-Laqo iqamətgahının yerləşdiyi Palm Beachdə (Florida) seçilmiş prezidentin əhatəsində görüblər.

Hazırda ABŞ baş prokurorunun müavini vəzifəsində Liza Monako çalışır və bu, Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir.

Daha əvvəl Tramp respublikaçı konqresmen Mett Getzi ABŞ-ın baş prokuroru (həm də Ədliyyə naziri) vəzifəsinə namizəd irəli sürüb. Getz, Respublikaçılar Partiyasının sağ qanadını təmsil edir. 2023-cü ildə o, Nümayəndələr Palatasının o zamankı sədri respublikaçı Kevin Makkartinin vəzifədən kənarlaşdırılması təşəbbüsünü irəli sürmüş və nəticədə Makkarti vəzifəsindən uzaqlaşdırılmışdı. Gələcək baş prokuror bir neçə dəfə Ukrayna böhranının sülh yolu ilə həllinə tərəfdar çıxıb və ABŞ-ın “Ukraynaya kifayət qədər maliyyə yardımı göndərdiyini” vurğulayıb. O, həmçinin Ukraynanı "tarixi korrupsiyaya uğramış ölkə" adlandırıb.

Musavat.com

Seçilən
48
13
musavat.com

10Mənbələr