NUH.az saytının 12 oktyabr 2024-cü il tarixli xəbərində bəlli olurdu ki, 23.09.2024-cü il tarixdə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı Sabunçu Rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmə baxışı yekunlaşıb. Hakim Ruslan Mirzəliyevin sədrliyi ilə keçirilən prosesdə iddiaçı Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı “ ATALIĞIN MÜƏYYƏN EDİLMƏSİ və ALİMENT TƏLƏBİNƏ " dair iddiası TƏMİN OLUNUB.
Beləliklə, məhkəmə hesab edib ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.
Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü İsmayılzadə Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin. Hazırkı qətnamə 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızına “soyad” qrafasında İSMAYILZADƏ , “ata” qrafasında milliyyəti azərbaycanlı olan İsmayılzadə Orxan Mikayıl oğlu qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır”.
Bu gün NUH.az-a daxil olan məlumata görə, cavabdeh Orxan Mikayıl oğlu İsmayılzadə yuxarıda qeyd etdiyimiz məhkəmə qətnaməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti edib.
Həmin şikayətlə bağlı 2(103)-6597/2024 nömrəli işə baxmaq üçün Fuad Babayev hakim təyin edilib.