AZ

Şəkər xəstəliyindən xilas üçün bunu edin... - Şikayətiniz olmayacaq

1991-ci ildə etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Teleqraf.com-un məlumatına görə, diabet bu gün dünyanın ən mühüm sağlamlıq problemlərindən biridir. Dünyada şəkərli diabetdən əziyyət çəkənlərin sayı getdikcə artır. Diabetin bu artım tempi qorxulu həddə çatıb. Bu xəstəliyin artmasına təsir edən amillərə müasir həyat tərzi, fiziki aktivliyin olmaması, hazır qidalardan istifadəyə meyl və piylənmə daxildir. Beynəlxalq Diabet Federasiyasının məlumatlarına görə, dünyada hər 11 böyükdən 1-də şəkərli diabet var.

Bu xəstəlik ağız quruluğu, çox su içmək, çox sidiyə getmə, arıqlama, sağalmayan yaralar, halsızlıq, yorğunluq, bulanıq görmə və qaşınma kimi şikayətlərə səbəb olur. Xəstəliyin ilkin mərhələsində heç bir şikayət olmaya bilər. Diabet səssizcə irəliləyə və diqqətdən kənarda qala bilər. Ürək-dmar, insult və böyrək xəstəlikləri, göz arxasında qanaxma, əzalarda hissiyyat itkisi kimi bir çox problemə səbəb ola bilər. Buna görə mütəmadi olaraq tibbi müayinədən keçmək vacibdir. Diabetin müalicəsi dərman vasitəsi ilə aparılır. Dərmanlardan sonra seçə biləcəyiniz başqa bir müalicə üsulu qidalardır. Qan şəkərinin səviyyəsini tarazlaşdıran qidalar qəbul etmək və sağlam qidalanmaqla şəkərin yüksəlməsinin qarşısını almaq olar.

Darçın: Şəkər xəstələrinin ən çox istifadə etdiyi məhsullardan biridir. Darçın qan şəkərini tənzimləyən və balanslaşdıran bir bitkidir. Darçın çubuqları və ədviyyatlar şəklində istehlak edildikdə, şəkər xəstəliyinin düşmənidir. Şirin yemək hissini unutduran darçına üstünlük vermək olar. Gün ərzində darçın çubuqları ilə su içmək və ya qatığın üzərinə bir çimdik darçın tozu səpmək olar. Darçın diabetlə mübarizədə çox kömək edir.

Qara Zirə: Vaxtsız yüksələn qan şəkərini qara zirə ilə idarə edə bilərsiniz. Səhər yeməyinə bir çimdik pendir əlavə etdikdə, xərçəngə qarşı qoruyucu tədbirlər görəcək və qan şəkərinizin yüksəlməsinin qarşısını alacaqsınız. Qara zirə şəkər xəstələrinin mütləq üstünlük verəcəyi bir qidadır.

Qatıq: Qatıq təkcə şəkərli diabetin qidalanmasında deyil, hər yeməkdə və hər insan üçün vacib olan bir qidadır. Qatıq az kalorili və bol vitamin ehtiva edir. Xüsusilə Tip 2 diabet üçün təsirlidir.

Qreypfrut: Araşdırmalar nəticəsində qreypfrut qəbul edən xəstələrin şəkər səviyyəsinin ideal səviyyədə qaldığı müəyyən edilmişdir. Diabet xəstələri qreypfrut qəbul edərkən çox diqqətli olmalıdırlar. Əgər siz mütəmadi olaraq dərman qəbul edən birisinizsə, gün ərzində müəyyən miqdarında yeməlisiniz. Əks halda, dərman və qreypfrut sağlamlığınız üçün təhlükəli ola bilər. Ölçülü yemək tövsiyə edilir.

Badam: Sağlam yağları ehtiva edən qidalardan biridir. İnsulin müqavimətinin artmasının qarşısını alır. Şəkər xəstələrinin gün ərzində üstünlük verə biləcəyi çərəzdir. Badam şəkər səviyyəsinin yüksəlməsinin qarşısını alır.

Yuxu rejminin düzgün olması da şəkərli diabetlə mübarizəyə effektiv təsir göstərir.


Müəllif: Şəbnəm Zahir
Seçilən
34
teleqraf.com

1Mənbələr