AZ

UEFA Qəbələ stadionunun tribunalarına girişi məhdudlaşdırdı

style='margin-bottom:10px;'>

Millətlər Liqasının 5-ci turunun Azərbaycan və Estoniya milli komandaları arasında Qəbələdə keçiriləcək oyununa bilet satışı davam edir.

QOL.az azerisport.com saytına istinadən xəbər verir ki, satışa 1800 bilet çıxarılıb, ondan da 800-ü artıq satılıb. 

Qeyd olunmalıdır ki, Qəbələ şəhər stadionu 4500 tamaşaçı tutumu var. Amma UEFA-nın stadionun iki tribunasına girişi məhdudlaşdırılıb. Buna səbəb həmin tribunaların dəmir konstruksiyalı olmasıdır. Bu səbəbdən bu oyun üçün stadionun tutumu iki dəfədən çox azalıb.

Xatırladaq ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - Estoniya oyunu saat 18:00-da başlayacaq.
 

Seçilən
33
3
teleqraf.com

4Mənbələr