AZ

Energetika naziri COP29-da GECF, OPEC Fondu və GEIDCO ilə görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxracEdən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidentivə Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və ƏməkdaşlıqTəşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamelilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpa olunanenerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundandanışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü Maddəsi üzrəvahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katibGECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasınınCOP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görətəşəkkürünü bildirib.

OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə görüşdə isəCOP29 Azərbaycan Sədrliyinin enerji təşəbbüsləri barədə məlumatverilib. Bildirilib ki, bu enerji təşəbbüsləri hökumətlər,beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlimfondları da daxil olmaqla, bütün tərəfdaşlara hədəfləri konkretnəticələrə çevirmək üçün zəruri olan dinamikanı yaratmaq imkanıtəqdim edir. OPEC Fondu bu təşəbbüsləri dəstəkləməyə dəvət edilib.OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeronkülək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power”şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırılması,həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilətexniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə küləkenerjisinin inkişafı, “yaşıl enerji dəhliz”ləri və “Masdar” şirkətiilə həyata keçirilən 1QVt gücündə külək-günəş enerjisilayihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidentiAzərbaycana “yaşıl enerji keçidi”ndə dəstək verməyə hazır olduğunubildirib.

Nazir Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və ƏməkdaşlıqTəşkilatının (GEIDCO) sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda“təmiz enerji”nin inkişafı və enerji şəbəkələrininəlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatlaəməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya iləenerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyatakeçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirməlayihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizlərilayihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsindəbirgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.

Söhbət zamanı COP29-un Enerji Günündə Energetika Nazirliyi ilə“Dayanıqlı Bərpa Olunan Enerji vasitəsilə Qlobal İqlim FəaliyyətiniSürətləndirmək” mövzusunda keçiriləcək birgə tədbirdən də bəhsedilib.

Energetika
Energetika
Energetika
Energetika
Energetika
Energetika
Seçilən
3
10
az.trend.az

10Mənbələr