Bakı. Trend:
2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistanakimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə7,8 faiz artaraq, 140,6 milyon dollara bərabər olub.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə Türkmənistana 17 milyon dollarməbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilinoktyabr ayı ilə müqayisədə 43,2 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyəninkimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faizartaraq, 25 milyard 618 milyon dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 465 milyon dollarməbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin oktyabrayı ilə müqayisədə 8,2 faiz azdır” – deyə nazirlikdənbildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024)Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsulixrac edib.