Rusiya hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olub və artıq birinci kvartalları ələ keçiriblər.
Publika.az xəbər verir ki, bunu hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk "Lenta.ru" ilə söhbətində bildirib.
“Rusiya ordusunun iki hərbi texnikasının Kupyanska daxil olması və birinci kvartalları ələ keçirməsi barədə məlumat yayılıb. Orada döyüşlər gedir. Bu, irəliləyişin getdiyini və Xarkovun ətrafı olan Kupyanskın güclü atəşə tutulduğunu göstərir”, - deyə Matviyçuk qeyd edib.
Polkovnikin sözlərinə görə, Kupyansk üzərində tam nəzarətin təmin edilməsi Xarkov yollarına nəzarət etməyə imkan verəcək: