AZ

AİİB-in prezidenti: İqlim dəyişikliyinin qurbanı ola biləcək insanlara maliyyə dəstəyi verməliyik

“Aşağı gəlirli ölkələr, xüsusilə də Afrika ölkələrinin karbon qazı akkumulyasiyası çox aşağıdır. Lakin onlar iqlim dəyişikliyinin nəticələrinin qurbanı olurlar”.


APA xəbər verir ki, bunu COP29 çərçivəsində Maliyyə Nazirləri Koalisiyasının Həmsədrlərinin (Niderland və İndoneziya) Maliyyə, İnvestisiya və Ticarət Günündə çıxışı zamanı Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti və Direktorlar Şurasının sədri Jin Liqun deyib.

O bildirib ki, bu keçid çox sürətli şəkildə həll edilməsə, məqsədə çatmaq çətin olacaq:

“Çünki sadəcə iqlim dəyişikliyinin yumşaldılması, uyğunlaşması və keçidi yalnız siyasi liderlərin, siyasi qərar qəbul edənlərin və ya elitaların işi deyil. Bu, xalqın işi və müharibəsidir. Güclü dəstək və bütövlükdə insanların böyük mesajları olmadan buna nail olmaq mümkün deyil. Beləliklə, biz bu insanlara bu dövrdə çətinliklərin öhdəsindən gəlmək üçün maliyyə təmin etməyə çalışırıq. Ən əsası odur ki, maliyyəmiz sosial ədaləti əhatə etməlidir. İqlim dəyişikliyinin nəticələrinin qurbanı ola biləcək insanlara maliyyə dəstəyi verməliyik”.


Jin Liqun, həmçinin əlavə edib ki, AİİB-in maliyyələşdirməsi qadınların bütün prosesdə iştirak etmələri, iş əldə etmələri, cəmiyyətə daha faydalı olmaları üçün onların səlahiyyətləndirilməsinə daha çox yönəlib.

Seçilən
33
apa.az

1Mənbələr