İngiltərə Premyer Liqasında çıxış edən futbolçulardan biri üç qadına təcavüz etməkdə ittiham olunur.
Publika.az xəbər verir ki, London polisi şübhəli şəxsi artıq dindirib. Futbolçu artıq 3 qadına təcavüz ittihamı ilə istintaqa cəlb olunub. Bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunur ki, futbolçunun 30-a yaxın yaşı var və o, “Arsenal”ın heyətində çıxış edir. İddia edilir ki, söhbət Tomas Partedən gedir.
Qurbanlardan biri Parteyi eyham edir, lakin onun adını çəkmir. O iddia edir ki, futbolçu ona daim təzyiq göstərir və onu susmağa məcbur edir.