AZ

Azərbaycan Premyer Liqasının 13 turunda cəmi yeddi futbolçu bütün oyunlarda sonadək meydanda olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Premyer Liqasının geridə qalan 13 turunda start heyətdə yer alan və sona qədər oynayan yeddi futbolçu var.
Futbolpress.az xəbər verir ki, bunlar "Neftçi"dən qapıçı Rza Cəfərov, "Sumqayıt"ın qolkiperi Mehdi Cənnətov, müdafiəçilər Elvin Bədəlov, Murad Xaçayev, "Turan Tovuz"dan Emmanuel Hakman, "Araz-Naxçıvan"dan İqor Ribeyro və "Səbail"dən Hüseynəli Quliyevdir.
Bu mövsüm Azərbaycan Premyer Liqasında meydana çıxan ən gənc oyunçu Sadiq Məmmədzadədir. "Qarabağ"ın qolkiperi "Kəpəz"lə matçda iştirak edən zaman 17 yaş 9 ay 11 günlük olub. Ən yaşlı oyunçu isə Riçard Almeydadır. "Qarabağ"ın yarımmüdafiəçisi XIII turda "Zirə" ilə matçda meydana çıxan zaman 35 yaş 7 ay 21 günlük olub.
Seçilən
113
50
oxu.az

10Mənbələr