AZ

“Globe Soccer” 2024-cü ilin ən yaxşısı adına namizədləri açıqladı

Ənənəvi “Globe Soccer Awards” müxtəlif təqdimatlar üzrə 2024-cü ilin ən yaxşıları adına namizədlərin siyahısını açıqlayıb.

Arena.az məlumat verir ki, nüfuzlu futbol mükafatının müvafiq təqdimatlarına ən yaxşı kişi oyunçu, ən yaxşı qadın oyunçu, ən yaxşı kişi klubu, ən yaxşı qadın klubu, ən yaxşı məşqçi, ən yaxşı gənc oyunçu, Orta Şərqin ən yaxşı oyunçusu və Orta Şərqin ən yaxşı klubu seçimləri daxildir.

Eləcə də ən yaxşı yarımmüdafiəçi və hücumçu, həmçinin, inzibati vəzifələr – ən yaxşı idman direktoru və ən yaxşı futbol agentinə də mükafatlar nəzərdə tutulub.

Qeyd edək ki, fərqləndirilmiş iddiaçılar xəbərin təqdim edildiyi tarixdə öz təqdimatları üzrə səsvermədə aparıcı mövqeyə sahibdirlər.

2024-cü ilin ən yaxşı kişi oyunçusu adına namizədlər:

Nikolo Barella (“İnter”), Cud Bellingem (“Real”), Hakan Çalhanoğlu (“İnter”), Daniel Karvaxal (“Real”), Artyom Dovbik (“Roma”, daha əvvəl “Jirona”), Filip Foden (“Mançester Siti”), Antuan Qrizmann (“Atletiko”, Madrid), Alexandro Qrimaldo (“Bayer”), Viktor Dyökereş (“Sportinq”, Lissabon), Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Bayern”), Toni Kroos (karyerasını başa vurub, daha əvvəl “Real”), Robert Levandovski (“Barselona”), Ademola Lukman (“Atalanta”), Emiliano Martines (“Aston Villa”), Lautaro Martines (“İnter”), Kilian Mbappe (“Real”), Lionel Messi (“İnter Mayami”), Daniel Olmo (“Barselona”), Koul Palmer (“Çelsi”), Rodriqo “Rodri” Ernandes (“Mançester Siti”), Rodriqo (“Real”), Kristiano Ronaldo (“Əl-Nəsr”), Bukayo Saka (“Arsenal”), Məhəmməd Salah (“Liverpul”), Vilyam Saliba (“Arsenal”), Federiko Valverde (“Real”), Vinisius Junior (“Real”), Vitinya (PSJ), Niko Uilyams (“Atletik”), Florian Virts (“Bayern), Qranit Caka (“Bayer”), Lamin Yamal (“Barselona”);

2024-cü ilin ən yaxşı kişi klubu adına namizədlər:

“Əl-Əhli” (Misir), “Əl-Ayn” (Birləşmiş Ərəb Əmirlikləri), “Atalanta” (İtaliya), “Atletiko Mineyro” (Braziliya), “Bayer” (Almaniya), “Botafoqo” (Braziliya), “İnter” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Olimpiakos” (Pirey, Yunanıstan), PSJ (Fransa), “Real” (Madrid, İspaniya), “Sportinq” (Lissabon, Portuqaliya);

2024-cü ilin ən yaxşı məşqçisi adına namizədlər:

Xabi Alonso (“Bayer”), Karlo Ançelotti (“Real”), Mikel Arteta (“Arsenal”), Luis Enrike (PSJ), Luis de la Fuente (İspaniya milli yığma komandası), Can Pyero Qasperini (“Atalanta), Xosep Qvardiola (“Mançester Siti”), Simone İnzaqi (“İnter”), Lionel Skaloni (Argentina milli yığma komandası);

2024-cü ilin ən yaxşı gənc oyunçusu adına namizədlər:

Pau Kubarsi (“Barselona”), Dezire Due (PSJ), Alexandro Qarnaço (“Mançester Yunayted”), Arda Gülər (“Real”), Kobbi Meynu (“Mançester Yunayted”), Juan Neveş (PSJ), Aleksandar Pavloviç (“Bayern”), Savinyo (“Mançester Siti”), Lamin Yamal (“Barselona”), Kənan Yıldız (“Yuventus”);

2024-cü ildə Orta Şərqin ən yaxşı oyunçusu adına namizədlər:

Salim Əl-Davsari (“Əl-Hilal”), Murad Batna (“Əl-Fateh”), Kaku (“Əl-Ayn”, Əbu-Dabi), Riyad Marez (“Əl-Əhli”), Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”), Sufyan Rahimi“ (Əl-Ayn”, Əbu-Dabi), Kristiano Ronaldo (“Əl-Nəsr”);

2024-cü ildə Orta Şərqin ən yaxşı klubu adına namizədlər:

“Əl-Əhli” (Misir), “Əl-Ayn” (Əbu-Dabi, Birləşmiş Ərəb Əmirlikləri), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Əl-İttihad” (Səudiyyə Ərəbistanı), “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı);

2024-cü ilin ən yaxşı yarımmüdafiəçisi adına namizədlər:

Nikolo Barella (“İnter”), Cud Bellingem (“Real”), Hakan Çalhanoğlu (“İnter”), Toni Kroos (karyerasını başa vurub, daha əvvəl “Real”), Daniel Olmo (“Barselona”), Koul Palmer (“Çelsi”), Rodriqo “Rodri” Ernandes (“Mançester Siti”), Federiko Valverde (“Real”), Vitinya (PSJ), Florian Virts (“Bayern), Qranit Caka (“Bayer”);

2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlər:

Artyom Dovbik (“Roma”), Filip Foden (“Mançester Siti”), Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Bayern”), Lautaro Martines (“İnter”), Kilian Mbappe (“Real”), Məhəmməd Salah (“Liverpul”), Vinisius Junior (“Real”), Niko Uilyams (“Atletik”) və Lamin Yamal (“Barselona”).

Qeyd edək ki, “Globe Soccer Awards” futbolda nailiyyətləri təqdir edən bir mükafatlardır. Müvafiq tədbir ənənəvi olaraq hər il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Globe Soccer” tərəfindən təşkil edilir və UEFA, Beynəlxalq Ərəb Əmirlikləri Peşəkar Liqası, Avropa Klublar Assosiasiyası (ECA), və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) kimi beynəlxalq futbol təşkilatlarının iştirakını əhatə edir.

Builki, sayca 15-ci təqdimat mərasimi dekabr ayının 27-də baş tutacaq.

Əlavə edək ki, müxtəlif təqdimatlar üzrə səsvermənin nəticələrini mükafatın rəsmi saytında izləmək və qeydiyyatdan keçməklə, səsvermədə iştirak etmək mümkündür: https://vote.globesoccer.com/

Seçilən
50
1
arena.az

2Mənbələr