Paytaxtın Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində sürücülər bəzi hallarda qayda pozur.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov AvtoFM-in efirində bu məsələyə aydınlıq gətirib. Ekspert bildirib ki, Həsən Əliyev keçəsi ilə hərəkət edən sürücülər üçün sağa - Koroğlu Rəhimov küçəsinə həmişə yaşlı olan əlavə seksiya quraşdırılıb. Lakin bu o demək deyil ki, sürücülər istədikləri var buradan sağa maneəsiz dönə bilər. Əgər svetoforda həm düzünə, həm də sağa yaşıl yanırsa o zaman sürücülər sağa rahat dönə bilər. Amma düzünə qırmızı yanana zaman Koroğlu Rəhimov küçəsində soldan gələn sürücülərə yol verib sonra sağa dönmək lazımdır.
Videonu təqdim edirik: