AZ

Ağstafada vətəndaşların növbəti səyyar qəbulunun ünvanı Pirili kənd yaşayış məntəqəsi olub

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulları davam etdirilir. Ağstafa RİH başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Pirili kənd folklor evinin binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbər şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
RİH başçısı qeyd edib ki, indiyədək bir çox mühüm tədbirlərə evsahibliyi etmiş ölkəmizdə noyabrın 11-dən etibarən dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçirilir. Bu qərar ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətin nəticəsi, güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun ifadəsidir. Bu namizədliyin birmənalı şəkildə dəstəklənməsi beynəlxalq arenada Azərbaycana göstərilmiş böyük etimaddır. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir.
Səyyar qəbulda vətəndaşların müraciətlərinə dair qanunamüvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən dilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında konkret tapşırıqlar verilib.

Seçilən
28
1
veteninfo.az

2Mənbələr