AZ

HƏMAS və Hizbullah üsyançı qüvvələrə çevrilir – “Maariv”

HƏMAS və Hizbullah üsyançı qüvvələrə çevrilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Maariv” Amerika kəşfiyyatının yüksək vəzifəli rəsmisinə istinadən yazıb.

Hizbullahın imkanlarının ciddi şəkildə zədələnməsinə baxmayaraq, təşkilatın İsrail-Livan sərhədindəki quru qoşunları “az-çox toxunulmaz” olaraq qalır.

Qeyd olunur ki, “Hizbullah” hələ də xaricdə terror aktları törətməyə qadirdir.

ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Holmqren HƏMAS-la bağlı vəziyyəti şərh edərkən qeyd edib ki, təşkilat hərbi cəhətdən əhəmiyyətli dərəcədə zəifləməsinə baxmayaraq, “yerdə üsyançı qüvvəyə çevrilir”.

O bildirib ki, HƏMAS-ın təşkilata qoşulmağa davam edən qəzzalı gənclərə müraciətini sarsıtmaq üçün onlara daha yaxşı variant təqdim etmək lazımdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
57
interpress.az

1Mənbələr