AZ

Mauro İkardinin saxlanılma səbəbi bilindi - TƏFƏRRÜAT

Reper L-Qante ilə bir neçə günlüyə Braziliyaya gedən Vanda Nara qayıtdıqdan sonra Mauro İkardi onun evə girməsinə icazə verməyib.

Day.Az xəbər verir ki, L-Qante ilə hadisə yerini tərk edən Nara polisə gedərək şikayət edib. Onun daha sonra yenidən evə gəldiyi və bu dəfə hadisələri lentə aldığı bildirilir.

Nara ikinci dəfə şikayət etdikdən sonra polis İkardidən evdən çıxmasını istəyib. Argentinalı futbolçu bəzi əşyaları ilə birlikdə evi tərk edib.

Qərara alınıb ki, Mauro İkardi birbaşa və ya dolayısı ilə Vanda Naraya narahatlıq və ya hədə-qorxu gəlməkdən çəkinməlidir.

Noyabrın 15-də keçiriləcək iclasda iştirak etməsi üçün İkardiyə bildiriş də göndərilib. 

Seçilən
26
day.az

1Mənbələr