AZ

Azərbaycan hotelləri 9 ayı 106 milyon manat mənfəətlə tamamlayıb

2024-cü il yanvar-sentyabr ayları ərzində Azərbaycanda hotel və hotel tipli obyektlər 105 milyon 963,1 min manat gəlir əldə edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu illik müqayisədə 23 milyon 610,2 min manat və ya 29% artıb.

2023-cü ilin 9 ayında   hotellərin mənfəəti 82 milyon 352,9 min manata bərabər olub.

Məlumat üçün bildirək ki, Azərbaycan hotelləri bu ilin 9 ayında məshul istehsalına 369 milyon 844,7 min manat xərcə qarşı 468 milyon 523,8 min manat gəlir əldə edib. Ötən ilin müvafiq dövündə 287 milyon 491,8 min manat xərcə qarşı 362 milyon 560,7 min manat gəlir əldə edilmişdi. Gəlirlərin xərclərdən üstün olması fonunda hotellər hər iki dövrü mənfəətlə başa vurublar.

Seçilən
23
fed.az

1Mənbələr