AZ

Noyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı qərarları açıqlayıb. Qərarlara görə, Azərbaycan höküməti təqribən 40 min avro cərimə ödəməlidir.

"Əfqan Məmmədov Azərbaycana qarşı" işində Ə.Məmmədov Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı AİHM-ə üz tutub.

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Qərara əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 5 min, xərc və msərəflər əvəzi 1000 avro ödənilməlidir.

Ərizəçinin kollegiyaya bərpa olunması tələbinə gəlincə, məhkəmə bunu təmin etməyi AİHM-nin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin öhdəsinə buraxıb.

"Əli Kərimli və digərləri Azərbaycana qarşı" məhkəmə işi 2018-ci ilin dekabr ayında Bakıdakı "Hüseyn Cavid" parkından parlament binasına doğru dinc aksiyanın keçirilməsinə icazə verilməməsi ilə bağlıdır. AİHM ərizəçilərə münasibətdə Konvensiyanın 11-ci maddəsinin pozunlduğunu elan edib. Hökümət Əli Kərimli, İlham Hüseynov, Vahid Məhərrəmov, Nurəddin Məmmədli və Emil Salimova mənəvi zərər əvəzi 1500, xərc və məsrəf əvəzi 250 avro ödəməlidir.

"Tofiq Yaqublu və başqaları Azərbaycana qarşı" məhkəmə işi dinc aksiya iştirakçısı olan ərizəçilərə qanunsuz və qeyri-mütənasib tədbirlərin tətbiqi iddiaları ilə bağlı idi. Söhbət 2019-cu il oktyabrın 19-da keçirilən etiraz aksiyasındakı həbslərdən gedir.

AİHM-nin qərardadına görə, hökumət ərizəçilərdən Tofiq Yaqubluya iki ərizəyə görə 5840, Fuad Qəhrəmanlı, Razim Əmiraslanlı və Qoşqar Nurəliyevin hər birinə 2340 avro mənəvi zərər əvəzi ödəməlidir. Hər ərizəyə görə həmçinin 225 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

"Rəhim Vəliyev və Yusif Qarayev Azərbaycana qarşı" işi hər iki ərizəçinin inzibati qaydada saxlanılması, daha sonra məhkum edilməsi ilə bağlıdır.

Qərara əsasən, ərizəçilərin hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1250 avro ödənilməlidir.

"Vüqar Rzalı Azərbaycana qarşı" işi ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən "polis əməkdaşının qanuni əmrini yerinə yetirmədiyinə görə" inzibati qaydada həbs edilməsi ilə bağlıdır.

Müsavat Partiyasının üzvü V.Rzali 2018-ci ilin iyulunda həbs olunmuşdu. Daha sonra o, məhkəməyə müraciət etmişdi. Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2500 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.

Seçilən
56
turan.az

1Mənbələr