AZ

Süpürgəçilərin maaşından 100 manat niyə kəsilib? - Nərimanov İH-dən açıqlama (VİDEO, YENİLƏNİB) 

Nərimanov Rayonu üzrə Mənzil Kommunal Təsərrüfat Birliyində çalışan işçilərin maaşlarının kəsildiyi bildirilir. 

Mia.az xəbər verir ki, bu barədə Nərimanov ərazisində süpürgəçi işləyən qadınların sosial şəbəkələrdə yaydıqları etiraz videosunda deyilib. 

Nərimanov Rayon İcra Hakimiyyətindən Mia.az-a açqlama verilib.

Açıqlamada deyilir: "Məsələ ilə əlaqədar aidiyyəti qurumdan bildirilib ki, süpürgəçilərin əmək haqları büdcədən ayrılmış vəsait hesabına ödənilir. İlin sonuna doğru bir sıra problemlər yaransa da, oktyabr ayı üçün əmək haqlarının əvvəlki qaydalarla ödənilməsi təmin edilmişdir".

Seçilən
87
mia.az

1Mənbələr