"Qalatasaray" klubu argentinalı futbolçu Mauro İkardi barədə yayılan xəbərlə bağlı açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, "Srı-qırmızılı" klubun rəsmi sosial media hesabından verilən açıqlamada bu ifadələr yer alıb:
"Peşəkar futbolçumuz Mauro İkardi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Oyunçumuz Argentinadakı evində dincəlir. İdmançımızı mənən əzmək məqsədi daşıyan bu xəbərlərə diqqət yetirməməyinizi xahiş edirik".