AZ

Eçezonaçukvu Asuzu: "Nigeriya iqlim böhranına rəvac verməyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nigeriya iqlim böhranına rəvac verməyib. Lakin buna baxmayaraq iqlim dəyişikliyinin yaratdığı fəsadlardan, daşqınlardan çıxılmaz vəziyyətdədir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Nigeriya Əmək Konqresinin nümayəndəsi Eçezonaçukvu Asuzu deyib.
O bildirib ki, bu gün sahil eroziyası, iqlim dəyişikliyinin bərabərində gətirdiyi dislokasiyaların Nigeriyaya təsiri olur:
"Məhz bu səbəbdən biz COP29-da iştirak edirik. İnkişaf etmiş Şimal ölkələrindən inkişaf etməkdə olan Cənub ölkələrinə iqlim maliyyəsi baxımından yardım edilməsini istəyirik. Bizim iqlim dəyişikliyinə uyğunlaşma, çətinliklərlə mübarizə baxımından zərərləri qarşılamaq üçün köməyə, iqlim fəlakətlərinə hazır olmaq üçün texnikaya ehtiyacımız var. Subasmalar zamanı insanları təhlükəli zonalardan uzaqlaşdırmaq üçün təyyərə lazımdır".
Nümayəndə vurğulayıb ki, onların fövqəladə vəziyyətə reaksiya mexanizmlərimiz olmalıdır:
"Profilaktik tədbirləri həyata keçirmək üçün də müəyyən büdcə lazımdır.
İnsanlar öz maliyyə öhdəliklərini artırmağa çalışarkən biz geridə qaldığımızı hiss edirik. Buna görə də Cənub ölkələrinə kömək üçün inkişaf etmiş ölkələrdən maliyyə öhdəliyi istəyirik. Bizim fabrik işçilərimiz çox böyük çətinliklə üzləşirlər. İşəgötürənlərin imkanlar baxımından maliyyəyə ehtiyacı var. Bu işçilərin daha əlverişli mühitdə işləməsinə və məhsuldarlığının artmasına kömək ola bilər".
Aygün Mirakif
Seçilən
16
50
oxu.az

10Mənbələr