AZ

“Belarus prezidenti qadın ola bilməz” – Lukaşenko

“minsk
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus prezidenti qadın ola bilməz.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Zerkalo” məlumat yayıb.
“Belarusda, Allah eləməsin, qadın seçilsin. ABŞ prezidentinin fərqli səlahiyyətləri var, amma burada hər şeyi dərindən araşdırmaq lazımdır. Belarusda prezident ali baş komandandır. Və sonra, bu, çox çətin işdir. Qadını belə yükləməyə ehtiyac yoxdur. Ola bilsin ki, zaman keçdikcə biz də bu üsluba gələcəyik. Amma hələlik üslub fərqlidir”, - Lukaşenko bildirib.
Lukaşenko qeyd edib ki, Belarusda prezidentin işi qadın işi deyil:
“Bundan başqa, qadın qadın da olmalıdır. Qadınlara prezident səlahiyyətlərini yükləmək lazım deyil. Qoy kişilər olsun”.
Xatırladaq ki, Belarusda 2020-ci ildə altıncı prezident seçkiləri keçirilib. Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Aleksandr Lukaşenko 80,1%, onun əsas rəqibi Svetlana Tixanovskaya isə 10,12% səs toplayaraq qalib gəlib.
Seçilən
61
29
yeniavaz.com

10Mənbələr