AZ

Qubada güləş məşqçilərinin ümumrespublika seminarı KEÇİRİLDİ

Qubada güləş məşqçilərinin ümumrespublika seminarı keçirilib.

Viral.az xəbər verir ki, tədbirdə Quba ilə yanaşı, Xaçmaz, Qusar, Siyəzən və Şabran rayonlarının güləş üzrə məşqçi-müəllimləri iştirak ediblər.

Seminarın nəzəri hissəsində ilk olaraq Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev çıxış edərək, belə tədbirlərin mütəmadi keçirilməsinin ölkədə güləşin daha da inkişaf etməsi üçün böyük əhəmiyyət daşıdığını deyib.

Son Yazılar:

Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev AGF-nin bu idman növündə kəmiyyət və keyfiyyət artımına nail olmaq üçün atdığı addımlardan danışıb.

Sərbəst güləş üzrə U-20 millinin məşqçisi Rövşən Hacıyev və yunan-Roma güləşi üzrə yığmanın məşqçisi Elvin Mürsəliyev həmkarlarıyla təcrübələrini bölüşüblər. Daha sonra l-S kateqoriyalı hakim Sədi Quliyev yarışlarda baş tutan görüşlərdə yaranan çətin vəziyyətlərdə verilən qərarları şərh edib.

Seminarın praktiki hissəsində bu bölgənin idmançıları üçün nümunəvi məşq keçirilib. R.Hacıyev sərbəst, E.Mürsəliyev isə yunan-Roma güləşi üzrə fəndlərin dəqiq icrasını nümayiş etdirib.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarının növbəti mərhələsi noyabrın 18-də Sumqayıt şəhərində keçiriləcək.

Seçilən
2
5
viral.az

6Mənbələr