AZ

AB-də şirkətlərin iflası artıb

AB-də şirkətlərin iflası artıb

Avropa Birliyi (AB) ölkələrində ilin üçüncü rübündə şirkətlərin iflas ərizələri əvvəlki rüblə müqayisədə 2,7 faiz artıb.Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin üçüncü rübü üçün şirkətlərin iflas məlumatlarını dərc edib.Məlumatlara görə, Aİ ölkələrində şirkət iflasları üçüncü rübdə ilin ikinci rübü ilə müqayisədə 2,7 faiz artıb.Beləliklə, Aİ-də şirkətlərin iflası 2018-ci ildən bəri ölçülən ən yüksək səviyyəyə çatıb.Üçüncü rübdə əvvəlki rüblə müqayisədə fəaliyyət sahələri üzrə iflaslarda ən çox artım 28,8 faiz ilə nəqliyyatda, 15,3 faiz ilə informasiya və kommunikasiya texnologiyalarında, 9,8 faiz ilə yaşayış və qida xidmətlərində olub.Sözügedən dövrdə yeni biznes qeydiyyatları əvvəlki rüblə müqayisədə 2,2 faiz artıb.Mənbə: AA

Seçilən
1
3
afn.az

4Mənbələr