AZ

Sumqayıtda yaşayış binası tikən MTK-dan ŞİKAYƏT – Bina sakinləri ilə razılaşa bilmir VİDEO

Ərazidə qazıntı işləri aparılıb, binanın yarısı sökülüb...Orada qalan ailələrin mənzillərində iri çatlar əmələ gəlib…

Xezerxeber.az xəbər verir ki, görüntülər Sumqayıt şəhər 4-cü məhəllə ev 16/19 ünvanındandır.

Sözügedən binanın sakinləri iddia edirlər ki, ərazidə yüksək mərtəbəli bina tikintisini həyata keçirən “Mahal MTK” onların mənzillərinə ciddi ziyan vurub. Ərazidə sakinlərin çoxu razılaşdırılaraq nəğd ödəniş əsasında çıxarılıb, bəziləri isə yeni mənzillər veriləcəyi ilə bağlı kirayə müqaviləsi bağlayıb. Ancaq digər ailələr bildirirlər ki, məzillər üçün təklif olunan məbləğ onları qane etmir.

Mövcud vəziyyətlə bağlı sözü gedən tikinti şirkəti ilə əlaqə saxladıq. “Mahal MTK”-nın nümayəndəsi Ruslan Məmmədov “XəzərXəbər”ə açıqlamasında bildirdi ki, ərazidə 4 binanın sakinlərinin çoxu ilə razılıq əldə olunub. Yalnız 3 ailə şirkətin təklifini qəbul etmir.

O, da qeyd edilib ki, məhz buna görə “Mahal MTK” həmin sakinləri məhkəməyə verib.

Sakinlər də öz növbəsində vəziyyətlə bağlı Apellyasiya Məhkəməsinə  müraciət edəcəklərini bildirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
31
xezerxeber.az

1Mənbələr