Litva hökuməti istefa verdi
İnqrida Şimonitenin rəhbərlik etdiyi Litva hökuməti istefa verib
Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bu prosedur qanunla nəzərdə tutulub. Oktyabrda baş tutmuş parlament seçkisindən sonra noyabrın 14-də respublikanın yeni seçilmiş parlamenti işə başlayıb. Bundan sonra Nazirlər
Kabineti istefa verir və yeni hökumət formalaşdırılır.
Məlumata görə, prezident hazırkı hökumətə yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrini icra etməyə davam etməyi tapşırıb.