AZ

Zelandiya parlamentində 184 illik müqavilə ilə bağlı qalmaqal

Yeni Zelandiya parlamentində Britaniya və yerli Maorilər arasındakı 184 illik müqavilə ilə bağlı mübahisəli qanun layihəsinə dair səsvermə etirazlarla yadda qalıb. Metbuat.az xəbər verir ki, parlamentin maori üzvləri səsvermənin qarşısını almaq üçün "Haka” rəqsi ilə etiraz aksiyası keçiriblər. Yerli əhalinin hüquqlarını müdafiə edən Te Pati Maori partiyasının üzvləri qanun layihəsinin parlamentdə səsverməsi öncəsi nümayiş keçiriblər. Qanun layihəsinə qarşı çıxan deputatların “Haka” rəqsi etməsindən sonra parlamentin iclası bir müddət dayandırılıb. ACT Yeni Zelandiya partiyasının lideri David Seymour bildirib ki, qanun layihəsinin əleyhdarları ölkəni parçalanmaya sövq etmək istəyirlər. Maori və onların tərəfdarları isə mübahisəli qanunun Yeni Zelandiyanın 5,23 milyonluq əhalisinin təxminən 20 faizini təşkil edən yerli Maori xalqının hüquqlarını pozduğunu iddia edir.

Qanun layihəsində qeyd edilir ki, hökumət Vaitanqi müqaviləsi çərçivəsində yerli xalqların hüquqlarını tanıyır, lakin bu hüquqlar yerli olmayanların hüquqlarından fərqli olarsa, bu məsələ parlamentdə müzakirə edilərək qərarə alınacaq.

Seçilən
55
50
metbuat.az

10Mənbələr