AZ

4 yeniyetmə 370 oğurluğa görə axtarılır

Almaniyanın Karlsruhe şəhərində avtomobil satışı və təmiri ofislərinə daxil olaraq oğurluqlar edən yeniyetmələr axtarılır.

 

Modern.as “Bild” qəzetinə istinadla xəbər verir ki, ofislərin müşahidə kameraları tərəfindən qeydə alınan görüntülərdə cinayət hadisələrinin yeniyetmələr tərəfindən həyata keçirildiyi müəyyən olunub.

 

Polisin məlumatına görə, dörd yeniyetmədən ibarət dəstənin üzvlərindən ikisinin 16, ikisinin isə 13 yaşı var. Onlar indiyədək 370 cinayət hadisəsi törədiblər. Dəstə üzvləri oğurladıqları avtomobillərlə ofislərə daxil olur, onları qarət edirlər. Onlar oğurladıqları avtomobillərlə tez-tez qəzalar törədirlər. Cinayətkar dəstənin başçısının hələ üç il əvvəl polis tərəfindən nəzarətə götürülmüş 13 yaşlı suriyalı yeniyetmə olduğu bildirilir.

Seçilən
38
modern.az

1Mənbələr