AZ

 İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb

Seçilmiş prezident Donald Trampa yaxınlığı ilə bilinən amerikalı sahibkar İlon Mask İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.

“Report” “The New York Times”a istinadən xəbər verir ki, bu barədə İran rəsmiləri bildiriblər.

Mənbələrin məlumatına görə, görüş Nyu-Yorkda gizli bir məkanda keçirilib və bir saatdan çox davam edib.

Görüşün əsas mövzusu Vaşinqton və Tehran arasında gərginliyin azaldılması yollarının müzakirəsi olub. İran tərəfi görüşü “müsbət” və “ümidverici” kimi qiymətləndirib.

Trampın nümayəndələri görüşü şərh etməkdən imtina ediblər.

Analitiklər hesab edirlər ki, İran yeni administrasiya ilə diplomatik dialoq imkanını saxlamağa çalışır.

“Ümumilikdə, Trampla hər şey mümkündür”, – Beynəlxalq Böhran Qrupunun İran üzrə direktoru Ali Vaez deyib. Onun fikrincə, Tramp “İranla razılaşma əldə etməkdə maraqlı görünür”. Bununla belə, ekspert qeyd edib ki, bəzi müşavirlər digər yanaşmalara, o cümlədən İrana təzyiqin artırılmasına üstünlük verə bilərlər.

Xatırladaq ki, daha əvvəl Tramp dünyanın ən varlı insanı İlon Maskı yeni Dövlət İdarəetmə Səmərəliliyi Departamentinin həmsədri vəzifəsinə təyin edəcəyini açıqlamışdı.
Seçilən
36
4
sherg.az

9Mənbələr