AZ

“PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milli inkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlı panel keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”COP29 çərçivəsində iqlim dəyişiklikləri, dayanıqlı iqtisadi inkişafvə bu sahədəki çağırışlara dair müzakirələrdə fəal iştirakedir.

Trend xəbərverir ki,14 noyabrda COP29 Sədrliyinin idarəçiliyi altında MaviZonada “PAŞA Bank”ın təşkilatçılığı ilə “İqlim maliyyəsinin milliinkişaf hədəfləri ilə uyğunlaşdırılması: Azərbaycanın yolu” adlıpanel təşkil edib.

Paneldə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, “PAŞABank”ın idarə heyətinin sədri Cavid Quliyev, SOCAR-ınvitse-prezidenti Kənan Nəcəfov, “Deloitte Netherlands” şirkətininpartnyoru İvan Kuxnin, “Mizuho Bank”ın dayanıqlı maliyyə həlləriüzrə direktoru Selia Prays və moderator qismində “EY Azərbaycan”şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev iqlimmaliyyəsinin rolu və karbon emissiyalarının azaldılması kimimövzuları müzakirə ediblər.

Paneldə çıxış edən Cavid Quliyev vurğulayıb ki, AzərbaycanCOP29-a ev sahibliyi edərək tarixi bir dövrü yaşayır. “200-ə yaxınölkə nümayəndələri Azərbaycana gələrək, bu əhəmiyyətli tədbirçərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrədövlətlərarası çoxşaxəli bir dialoq qururlar. Bu mühüm mövzulararasında bank sektorunun iqlim dəyişikliyi ilə bağlı qarşılaşdığıçətinliklərə də xüsusi diqqət yetirilir. Azərbaycanın yaşılkeçidini maliyyələşdirmək üçün Azərbaycan Banklar Assosiasiyası,bank icması adından 2 milyard AZN vəsait ayırmağa öhdəlikgötürmüşdür və bu gün bu mövzu üzrə "PAŞA Bank" tərəfindən təşkilolunmuş xüsusi panel müzakirəsinə dəvət edilmiş ekspertlərlə genişfikir mübadiləsi aparılacaqdır. Burada müzakirə olunan bir neçəmühüm məsələ var ki, bunlar arasında hökumətin rolu və iştirakı,innovativ həllərin praktik tətbiqi, yaşıl texnologiyaların tətbiqivə beynəlxalq əməkdaşlıq da mövcuddur. Yaşıl maliyyələşdirmə üçünmüxtəlif maliyyə alətlərinin inkişafı və tətbiqi xüsusilə vacibdir.Eyni zamanda, yaşıl keçidin uğurla həyata keçirilməsi üçün özəl vədövlət sektorları arasında güclü əməkdaşlığın qurulması xüsusiəhəmiyyət kəsb edir. Yalnız bu cür tərəfdaşlıqlar və maliyyəalətlərinin düzgün tətbiqi, yaşıl keçid prosesinin effektivliyinivə dayanıqlılığını təmin edə bilər. Əminəm ki, bu müzakirələrAzərbaycan iqtisadiyyatının yaşıl keçidinin təmin edilməsinə və buprosesin daha geniş maliyyələşməsinə mühüm töhfə verəcəkdir,” deyə,Quliyev bildirib.

“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
Seçilən
29
2
az.trend.az

3Mənbələr