AZ

“Bir dəfə mənə dedi ki, onun indiyə qədər işlədiyi ən çətin futbolçuyam”

“Porto”, “İnter” və “Latsio”nun sabiq futbolçusu, eləcə də Portuqaliya millisinin keçmiş yarımmüdafiəçisi Serxio Konseysao Azərbaycan yığmasının hazırkı baş məşqçisi Fernandu Santuşla işlədiyi dövrünü xatırlayıb.

Sportinfo.az xəbər verir ki, “FootBoom”a danışan “Porto”nun eks baş məşqçisi Santuş haqda bunu deyib:

“PAOK-da futbolçu karyeramın sonunda Fernandu Santuşun rəhbərliyi altında çıxış etdim.

Bir dəfə o, mənə dedi ki, mən onun indiyə qədər işlədiyi ən çətin futbolçuyam. Bütün oyunçular arasında belə olduğunu bildirmişdi”.

Seçilən
13
sportinfo.az

1Mənbələr