AZ

Pashinyan Azərbaycanın sülh sazişi ilə bağlı şərtini rədd edib

Ermənistanın Baş naziri Nikol Pashinyan deyib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur və konstitusiyanı dəyişməyə ehtiyac yoxdur.

Azərbaycan iddia edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var və ona görə də bu konstitusiya dəyişməlidir ki, sülh olsun.

Pashinyan isə bildirib ki, Ermənistan konstitusiyasının dəyişməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, “Ermənistan Respublikası Konstitusiyasının mətnində Dağlıq Qarabağla bağlı birbaşa və ya dolayı müddəa yoxdur”.

Baş nazir qeyd edib ki, Ermənistanın müstəqllik bəyannaməsi ilə Ermənsitan konstitusiyası arasında fərq var və Ermənistan Konstitusiya Məhkəməsi də bunu təsdiqləyib.

Ermənistanın 1991-ci ildə qəbul edilmiş müstəqillik bəyannaməsində həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi qeyd olunub.

Pashinyan bildirib ki, əslində “Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var".

"Lakin Ermənistan Azərbaycan konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır”, - deyə o əlavə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə X hesabında yazıb ki, Nikol Pashinyanın Azərbaycan konstitusiyası ilə bağlı dediklərinin heç bir əsası yoxdur və bu, beynəlxalq ictimayyəti çaşdırır.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
37
bbc.com

1Mənbələr