AZ

Udabno faciəsi- Onun haqqında nə bilirik?

Bu hadisəni çox az adam bilir, Sovet dövründə üstü bağlanılan və araşdırılmasına izn verilməyən Udabno hadisəsi xalqımızın başına gətirilən ilk milli zəmində faciə adlana bilən hadisədir. Saqareco bölgəsində - Qaraçöp mahalında yerləşən Udabno kəndində tarix boyu azərbaycanlılar yaşayıblar. Böyük əhali etnik azərbaycanlılardan olan kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi.
Gürcüstan hokuməti 1980-ci illərdən etibarən etnik svanları Azərbaycanlılar yaşayan ərazilərə köçürməyə başladı. Svanlar gələn kimi Azərbaycanlılara aid abidələri məhv etməyə başlayıblar. Hətta iş o yerə çatıb ki, yaşı 300 ildən çox olan qədim qəbiristanlıqları belə sökməyə başlayıblar. Gürcüstanın Azərbaycanlılara aid hissəsinə köçən svanları yerlilər "eko-miqrantlar" adlandırılar. Svanlar- Svanlar —Kartvel dil ailəsinə daxil olan svan dilində danışan etnik qrupdur. Gürcüstanda özlərinə düşmən kimi azərbaycanlıları görürlər. Baxmayaraq ki, Atatürk və Azərbaycan Cümhuriyyəti 1918-1919-cu illərdə onlara kifayət qədər kömək ediblər.
1987-ci ildə Svaneti dağlarında sürüşmə bəhanəsi edib onları azərbaycanlılar yaşayan ərazilərə köçürən Gürcüstan rəsmləri bilirdilər ki, iki xalq arasında böyük mübahisəli məsələlər dinc yolnan həllini tapa bilməyəcək. Gürcüstan Mərkəzi Komitəsinin rəhbəri Patiaşvilinin bu planı gələcəkdə yüzlərlə insanın evsiz eşiksiz qalması ilə nəticələnək idi.
Svanların yaşadıqları Mulaxi kəndindən sakinlərin köçürülməsi üçün Azərbaycanla sərhəddə yerləşən Udabno kəndi seçilib.
Svanların sürüşmə zonasından gəlməsini eşidən yerli azərbaycanlılar onlara həm sığınacaq, həm də yemək verdilər. Və əvvəlcə iki tamamilə fərqli xalq sülh şəraitində yaşayırdı.
Lakin tezliklə toqquşmalar başladı və millətçilik gücləndi. Udabnoda nəsillər boyu yaşamış azərbaycanlı ailələri “tatar” adlandıraraq, azərbaycanlı uşaqları döyürdülər – fiziki zorakılıqla yanaşı svanlar azərbaycanlılara mənəvi zorakılıq tətbiq edirdlər. Küçədə görüdükləri azərbaycanlıları ölümünə döyən svanlar uşaq, qadın, yaşlı bilmədən hər kəsi ağır formada döyürdülər.
Udabnoya qayıtmasınlar deyə azərbaycanlıların evlərini uçurdub, qarşılarına çıxan hər bir mədəniyyət, tarixi və dini abidələri darmadağın ediblər.
Bu gün Udabno əhalisi təxminən 500 nəfərdir və azalmaqda davam edir. Svanlar heç vaxt səhrada yaşamağa öyrəşməyiblər, imkan daxilində dağlara qayıdırlar, lakin azərbaycanlılar artıq bu yerə qayıtmağa tələsmirlər.
Bu günün özündə də Svanlar yenə də Azərbaycanlılarla mübahisəli mövqedə durmaqda davam edirlər.

Zaur Əliyev, tarixçi alim
All 
Seçilən
55
news365.az

1Mənbələr