AZ

10 ayda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13,9 faiz artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 104,4 faiz əməl edilib.

FED.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9 faiz artıb.

Ödənilən vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorunun, 32,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Seçilən
11
6
fed.az

7Mənbələr