AZ

Özbəkistanlı nazir müavini: 2030-cu ilə qədər yaşıl enerji istehsalını 40%-ə çatdıracağıq

Özbəkistan yaşıl enerjiyə keçidi sürətləndirir.

APA xəbər verir ki, bunu Özbəkistanın energetika nazirinin müavini Umud Mahmudoviç Mamadaminov deyib.

O bildirib ki, Özbəkistan 2030-cu ilə qədər bərpa olunan enerji mənbəyindən istehsal olunan elektrik enerjisi ən azı 40% təşkil edəcək: “Beləliklə, ölkəmizdə bərpa olunan enerjinin artırılması bizim əsas məqsədimizdir”.

Umud Mahmudoviç Mamadaminov qeyd edib ki, son bir neçə ildə Özbəkistan karbon izini azaltmaq üçün yenilənən enerji mənbələrini, inkişaf edən davamlı inkişaf məqsədlərini birləşdirməyi öhdəsinə götürüb.

O həmçinin əlavə edib ki, transsərhəd ölkələrin böyük bərpaolunan enerji resursları var. Bu baxımdan səylərin birləşdirilməsi və əməkdaşlıq çox önəmlidir.

Seçilən
26
1
apa.az

2Mənbələr