AZ

Tramp Argentina Prezidenti ilə görüşüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın görüşdüyü ilk xarici lider Argentina Prezidenti Xavyer Miley olub.

 

Bu barədə "Assoşeyted Press" öz mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, görüş 14 noyabrda Trampın Floridada yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.

 

Mənbə tərəflərin görüşünün yaxşı keçdiyini vurğulayıb.

 

Miley amerikalı investorlarla da görüşüb.


Yeri gəlmişkən, Senzor.az xatırladır ki, Argentina Prezidenti Xavyer Miley bu ilin aprelində Texas ştatının Ostin şəhərindəki Tesla zavoduna səfəri zamanı milyarder, Trampın seçkilərdə qalib gəlməsində xüsusi rolu olan və seçkilərdən sonra “Həmprezident” adlandırılan İlon Maskla görüşmüşdü...


Seçilən
38
2
senzor.az

3Mənbələr