Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson həmyerlisi Ceyk Polla döyüş ərəfəsində çəkiölçmə mərasimində üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, nümayiş zamanı 58 yaşlı Mayk 27 yaşlı blogeri vurub.
Xatırladaq ki, Pol və Mayk arasında keçiriləcək səkkiz raundluq qarşılaşma rəsmi statuslu görüş olacaq. Tərəflər noyabrın 16-da üz-üzə gələcəklər.
Həm də bloger kimi tanınan Polun hesabında peşəkar boksda 10 qələbə var ki, bunlardan da 7-də nokaut qeydə alınıb. Tayson isə qazandığı 50 qələbənin 44-də rəqiblərini nokautla yenib. Mayk 6, Pol 1 dəfə uduzub.