AZ

Fransa və Aİ Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsini qəbul edə bilmirlər

"Bu gün bəzi dövlətlər və təşkilatlar Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi narahat edir". SİA xəbər verir ki, bunu "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.Emil Əkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycana qarşı açıq-aşkar qarayaxma kampaniyası aparılmaqdadır:"30 ilə yaxın torpaqlarımızın işğaldan qalmasına və erməni vandalları tərəfindən soydaşlarımızın müxtəlif soyqırımlara məruz qalmasına səssiz qalanlar bu gün Azərbaycanı hansı haqla etnik təmizləmədə ittiham edir. Azərbaycan sadəcə 30 ilə yaxındır ki, kağız üzərində qalan BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni özü icra edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Həmsədr ölkə olan Fransanın və digər ölkələrin etməli etməli olduğu Dağlıq Qarabağ münaqişəsinə öz gücünə son qoyaraq regionda yenidən sülhə nail oldu. Təbii ki, bu da Makaron və Borell kimi xaosdan qidalanan insanları narahat edir və ona görə də ölkəmizə qarşı qərəzli kampaniyalar başlayıblar".Emil Əkbərov vurğulayıb ki, Fransa və erməni lobbisinin əlində oyuncağa çevrilmiş digər dövlətlər və təşkilatlar Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsini qəbul edə bilmirlər:"Ona görə də müxtəlif yollarla Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Hər zaman olduğu kimi bu Qərbin ölkəmizə qarşı oynadığı bu oyun da iflasa uğradı.Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə X sosial şəbəkəsində Avropa İttifaqını bağ, dünyanın qalan hissəsini cəngəllik kimi təsvir edir.Jozep Borrel qeyd edib ki, Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır. Əslində o, bu fikri ilə Qərbin əsas məqsədini ortaya qoymuş olur. Jozep Borrel bu fikri ilə bir da Fransanın və bəzi qərb dövlətlərin xaosdan qidalandığını sübut etmiş oldu. Onlar üçün heç bir ekoloji problem önəmli deyil. Makaron və Borell kimilərini sadəcə öz maraqları önəmlidir. Onlardan fərqli olaraq bu gün Azərbaycan COO29 kimi mühüm beynəlxalq tədbirə Azərbaycan uğurla ev sahibliyi edir və dünya üçün çox vacib olan iqlim dəyişikliyi ilə mübarizədə öz töhfəsini verməkdədir. Azərbaycan dünyanın yaşıl gündəliyinə mühüm töhfə verən COP29-a ev sahibliyi etməklə həm də riyakar və ikiüzlü dairələrə böyük siyasi zərbə vurdu. Həmin dairələr əmin olsun ki, cənab prezident İlham Əliyevlə Azərbaycan bundan sonra da bir çox uğurlara imza atacaq və Qərbin oynadığı heç oyun, apardığı qərəzli kampaniya bizi haqlı mübarizəmizdən döndərə bilməyəcək".

Seçilən
11
4
sesqazeti.az

4Mənbələr