AZ

Vandadan ayrılan İkardidən GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Bütün dünyanın gözü qarşısında məni..."

"Qalatasaray"ın UEFA Avropa Liqasında "Tottenhem"lə matçında çarpaz bağlarından zədə alan Mauro İkardi mövsümü bağlayaraq müalicə üçün Argentinaya qayıdıb.

 

Son günlər həyat yoldaşı Vanda Nara ilə ayrılıq prosesi ilə tez-tez jurnalın gündəminə düşən 31 yaşlı hücumçu Argentina mətbuatına verdiyi açıqlamalarda Vanda Nara ilə bağlı ittihamlar səsləndirib.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, İkardi, argentinalı repçi L-Gante ilə münasibətdə olduğunu açıqlayan Narayqa qarşı "psixoloji zorakılıq" iddia edib.

O, məni bütün dünyanın gözü qarşısında axmaq kimi göstərdi:

 

"Hamısı Vanda əməliyyatıdır. Mən qətiyyən heç vaxt zorakılıq etməmişəm. Bu mənim evimdir və təbii ki, mənim hüquqlarım var. Vanda ona yazdığım mesajı sosial media hesabında paylaşanda məni bütün dünyanın gözü qarşısında axmaq kimi ifşa etdi və bu psixoloji zorakılıqdır".

 

Xatırladaq ki, İkardinin Naraya yazdığı duyğusal mesaj belədir:

 

"Mən hər şeyi dəyişə bilərəm, bunu edə bilərəm, amma nəyə görə? Həyat davam edirmiş kimi davranmaq? Mən bunu istəmirəm. Mənim yeganə məqsədim dinc bir həyat sürmək, anın dadını çıxartmaq, bu illər ərzində əldə etdiyimiz və qurduğumuz hər şeydən həzz almaq...

 

Özünə dəyər ver, bizə dəyər ver və bizə xoşbəxt olmaq üçün şans ver. Sənə təkrar deyirəm, bütün bunları həyatımın qadını ilə, hər şeydən çox sevdiyim qadınla etmək istəyirəm. Sən mənim həm zəifliyim, həm də gücümsən, toy günü nənənə söz verdiyim kimi, əbədiyyən... Özünə yaxşı bax".

Seçilən
16
8
sfera.az

9Mənbələr