SEPAH-ın Qüds qüvvələri Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində silahlı qruplaşmalara qarşı əməliyyat keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə SEPAH Quru Qoşunlarının Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.
Məlumata görə, silahlı qruplaşmanın 4 üzvü öldürülüb, 6 nəfəri isə həbs edilib. Onlardan silah və sursat götürülüb.
Əməliyyat zamanı 3 SEPAH hərbçisi də həlak olub.
Etnik bəlucların silahlı təşkilatı olan "Ceyş əl-Ədl" yaydığı bəyanatda atışma zamanı SEPAH-ın mülki şəxsləri də hədəf aldığını bildirib.