AZ

Gülnarə Xəlilova Ankarada "Əhməd Cavad" medalı ilə təltif olunub - FOTOlar

Ankarada Əhməd Cavad adına İnstitut, Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY tərəfindən Azərbaycanın Zəfər Günü şərəfinə təşkil olunan tədbirlər çərçivəsində dizayner Gülnarə Xəlilovanın sərgisi keçirilib. 

Ekspozisiyada Qarabağ bölgəsinin milli geyim ənənələrinin əks olunduğu "Qarabağ və Xarıbülbül" kolleksiyası və unikal "Qarabağın cizgiləri" layihəsi - qədim Azərbaycan torpağının zəngin irsini və ictimai həyatını, musiqi və ədəbiyyatını əks etdirən ipək əsərində yaradılmış Qarabağın görkəmli şəxsiyyətlərinin portretləri təqdim olunub. Türk Dünyası mədəniyyətinin və incəsənətinin töhfəsinə və inkişafına görə Gülnarə Xəlilova Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadimin 130 illiyinə həsr olunmuş "Əhməd Cavad" medalı ilə təltif edilmişdir. 

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Cizgi brendinin banisidir. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və digər beynəlxalq tədbirlərdə uğurla nümayiş olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
63
1
milli.az

3Mənbələr