AZ

Şimali Kipr Türk Respublikası 41 YAŞINDA

Kipr Türk Respublikasının müstəqil dövlət olaraq qurulduğunu dünya və tarix qarşısında bəyan edirik...

 

Şimali Kipr Türk Respublikasının (ŞKTR) ilk prezidenti Rauf Denktaş 41 il əvvəl bu gün ölkənin müstəqilliyini belə elan etmişdi.

 

Bu gün Şimali Kipr Türk Respublikası 41 yaşını qeyd edir. 1960-cı ildə Kipr adasında yaşayan türklər və yunanlar tərəfdaşlığa əsaslanan beynəlxalq müqavilələrə uyğun olaraq “Kipr Respublikası”nın yaradıldığını elan edib. Ancaq 1963-cü ildən başlayaraq yunan silahlıları türklərə qarşı zorakılıqlara başlayıb. 1967-ci ildə Yunanıstanda hakimiyyəti ələ keçirən ordu Kiprin Boğaziçi və Geçitkale kəndlərinə hücumlar həyata keçirib. Daha BMT-nin təzyiqi ilə Yunanıstan qoşunlarını adadan çıxarıb.

 

1974-cü ildə Kiprdə hərbi çeviriliş həyata keçirdi və adanı Yunanıstana birləşdirmək istəyən qüvvələr hakimiyyəti ələ aldı. Türkiyə vəziyyətə müdaxilə etmək qərarına gəldi və adadakı türkləri qorumaq üçün Kiprə qoşun yeritdi. Əməliyyat uğurla başa çatdıqdan sonra 13 fevral 1975-ci ildə Kipr Türk Federativ Dövləti yaradıldı. Vyanada əldə edilən sazişdən sonra əhali mübadiləsi həyata keçirildi, yunanlar cənuba, türklər şimala yerləşdirildi və burada Şimali Kipr Türk Respublikası elan edildi.

 

Sadəcə Türkiyə tərəfindən rəsmi olaraq tanınan respublikada indiyədək bir neçə həll planı müzakirə edilsə də, ciddi nəticə əldə edilməyib.

Son dövrlər Şimali Kipr türk dünyası ilə əlaqələrini genişləndirməyə başlayıb. 2022-ci ildə ÖzbəkistandaTürk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 9-cu Zirvə görüşündə ŞKTR təşkilata müşahidəçi üzv kimi qəbul edilib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər beynəlxalq toplantıda dövlətləri ŞKTR-ni tanımağa çağırır: "Beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə zidd olaraq embarqolarla dünyadan təcrid olunmağa çalışılan Kipr türklərinə qarşı təqiblərə son qoymağa və Şimali Kipr Türk Cümhuriyyətini tezliklə rəsmi olaraq tanımağa dəvət edirik".

Seçilən
20
modern.az

1Mənbələr