AZ

Xandanyan: Kommunikasiyaların açılması üzrə təklifimizi Bakıya göndərmişik

Ermənistan Azərbaycana regional kommunikasiyaların blokunun açılması məsələsi ilə bağlı təklif göndərib. Bu barədə jurnalistlərə parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan məlumat verib.

Xəbəri TASS yayıb. 

“Mən təfərrüatlara vara bilmərəm, lakin ümumilikdə bu təkliflərin ruhu iki ölkənin suverenliyinə əsaslanan “Dünyanın kəsişməsi” layihəsindən irəli gəlir” – deyə Xandanyan bildirib. 

Ermənistan hökuməti tərəfindən hazırlanmış “Dünyanın kəsişməsi” layihəsi Azərbaycanla nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasını və onların bütün regionun infrastrukturuna inteqrasiyasını nəzərdə tutur. 

P.ƏMİRCANOV
XQ

 

Seçilən
46
xalqqazeti.az

1Mənbələr