AZ

"Sağlam ətraf mühit fundamnetal insan hüquqlarından biridir" - Sadiq Qurbanov

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirə təşkil edilib.

Müzakirədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) katibliyinin nümayəndəsi Karolina Krittin, Hondurasın İnsan Hüquqları üzrə Müvəkkili təsisatının icraçı direktoru Zabdi Abigail Kanales Funes, iqlim dəyişikliyi ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Müzakirədə içtirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun çıxışını təqdim edirik:

"Hörmətli xanımlar və cənablar,

Hər birinizi Bakıda, COP-da salamlayıram, bütün bəşəriyyət üçün vacib olan bu fəaliyyətlərdə uğurlar arzu edirəm. Bu tarixi günlərdə hər birimiz məsuliyyətimizi hiss edərək, daha sağalam gələcək, daha təmiz dünya üçün səylərimizi birləşdirməliyik.

Bu gün mən ekologiya və insan hüquqlarının qarşılıqlı əlaqəsi və təsiri, ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik addımları və bu kontekstdə davamlı inkişafın əhəmiyyətinə toxunmaq istərdim.

Ekologiya və insan hüquqlarının əlaqəsi və qarşılıqlı təsiri

Sağalam ətraf mühit insan hüquqlarının təməli olan əsas ehtiyacların təmin edilməsidir. Ekosistemlər tənəzzülə uğradıqda, bu hüquqlardan istifadə etmək imkanımız da olmur. Məsələn, meşələrin qırılması, çirklənmə və biomüxtəlifliyin itirilməsi insan sağlamlığına və rifahına birbaşa təsir göstərir. Ətraf mühitə vurulan zərər bərabərsizlikləri daha da gücləndirir, xüsusilə həssas qruplara,, qadınlara və uşaqlara təsir edir. İnsan hüquqlarını müdafiə etmək üçün ətraf mühitə nəzarəti sərhədlərdən, siyasətdən və iqtisadi mənfəətdən kənara çıxan bir vəzifə kimi qəbul etməliyik. Bəşəriyyətin mövudluğu, dayanıqlı inkişaf saölam planetlə şərtlənir, buna görə də ekosistemləri qorumaq və qlobal miqyasda insan hüquqlarını təmin etmək üçün vahid yanaşmaya, baxışıa və səylərə ehtiyacımız var.

Sağlam ətraf mühit fundamnetal insan hüquqlarından biridir. Hər bir insan təmiz, təhlükəsiz və davamlı mühitdə yaşamaq hüququna layiqdir. Hökumətlər, korporasiyalar və vətəndaş cəmiyyəti bu hüquqa hörmət etmək, qorumaq və yerinə yetirmək üçün birlikdə çalışmalıdır. Konkret tədbirlərə çirklənmənin azaldılması, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və yaşıl sahələrin təşviqi daxildir. Bütün icmalar üçün ekoloji ədalətin təmin edilməsi vacibdir, çünki heç bir qrup qeyri-mütənasib olaraq ətraf mühitin deqradasiyası yükünü daşımamalıdır. COP29-un əsas çağırışı da məhz budur.

Hüquqi çərçivələr ətraf mühitimizi və öz növbəsində insan hüquqlarımızı qorumaq üçün vacibdir. Ətraf mühit qanunları hava və suyun keyfiyyəti, tullantıların idarə edilməsi və biomüxtəlifliyin qorunması kimi məsələlərə dair aydın təlimatlar müəyyən edir. Bundan əlavə, ekosistemləri qorumaq və istixana qazı emissiyalarını azaltmaq üçün iqlim dəyişikliyi və davamlı torpaq istifadəsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilməli və mövcud çağırışlara cavab verməlidir. Təəssüf ki, bu məsələrə hələ ki, parlamentlər, hökumətlər zəruri çevik reakisya vermirlər. Düşünürəm ki, bu istiqamətdə qanunverici orqanlar, parlamentarilər, hökumətlər proaktiv mövqe tutmalıdırlar. Bu məsələlərdə ənənəvi qanunvericiliyin hazırlanması yanaşması, texnikası nəzərdən keçirilməlidir. Ekoloji qanunverilciyin təkmilləşdirilməsi prioritet məsələ kimi gündəlikdə olmalıdır. Tədqiqatlar, data analizdən yararlanmaqla preventiv effektə malik, proaktiv olmalıdır. Biz gözləməməlikyik ki, iqlim dəyişikliklərinin fəsadları güclənsin və biz onlarla bağlı normativ baza işləyək, biz çalışmalıyıq ki, artıq risk mərkəzli, yəni həm qorumaq effektinə malik, həm də riskləri nəzərə alacaq normativ bazaya malik olaq.

Qanunvericilik həm də effektiv icra mexanizmlərini, hesabatlılığı və ictimaiyyətin iştirakını təmin etməlidir. Ətraf mühitin mühafizəsini gücləndirən qanunları dəstəkləmək bizim kollektiv borcumuzdur, eyni zamanda pozucuları məsuliyyətə cəlb etməkdir. Milli qanunvericliyimiz ekoloji insan hüquqlarını insanın konstitusion hüquqlarının xüsusi (müstəqil) bir növü kimi nəzərdən keçirir və bu yanşma insanın təbii ətraf mühitlə qarşılıqlı əlaqələrini əhatə edir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının “Sağlam ətraf mühitdə yaşamaq hüququ” adlanan 39-cu maddəsində qeyd edilir ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır; hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır; heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz; dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Nəzərdən keçirilən konstitusion hüquq norması Azərbaycan Respublikasında ekoloji insan hüquqlarının konstitusion-hüquqi əsasını təşkil edir.

Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyun 1999-cu il tarixli Qanununda, “Ekoloji təhlükəsizlik haqqında” 8 iyun 1999-cu il tarixli Qanununda, “Ətraf mühitə dair informasiya almaq haqqında” 12 mart 2002-ci il tarixli Qanununda, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 10 dekabr 2002-ci il tarixli Qanununda, “Yaşıllıqların mühafızəsi haqqında” 2 may 2014-cü il tarixli Qanununda və s. hüquqi mənbələrdə də ekoloji insan hüquqlarının tərkib hissəsi kimi çıxış edən hüquqlar nəzərdə tutulmuşdur.

Qanunverilciyin hazırlanması və inkişafı dayanaıqlı inkişaf paradiqmasınına əsaslanmalıdır

Hazırda əsas vəzifəmiz kimi milli qanunvericliyin Azərbaycanın beynəlxalq konvensiyalar və razılaşmalarla üzərində götürdüyü öhdəliklərin icrası üçün əlverişli hüquqi mühit yaradılması, ətraf mühitin qorunması ilə bağlı qanunvericilyin inkişaf etdirilməsinə kompleks yanaşmanı təmin etməkdir. Bu zaman bərabərlik, hüquq və məsuliyyət prinsipləriin hər birinə eyni dərəcədə həssaslıqla yanaşmaq lazımdır.

Bu zaman biz dayanaıqlı inkişaf paradiqmasını əsas götürməliyik. Davamlı inkişaf ekologiya, iqtisadiyyat və insan hüquqlarının kəsişməsində yerləşir. Əsl dayanıqlı inkişaf ətraf mühiti qoruyarkən sosial tərəqqiyə təkan verir və insan hüquqlarını mərkəzə qoyur. Bu zaman biz inkişaf, ətraf mühit və insan hüquqları problemlərinin həlli üçün Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) qlobal plana sadiqliyini hər addımda sübut emtəliyik. Qanunverilciyin işlənməsi, təkmilləşdiirlməsi indi həmişəkindən daha çox dayanaıqlı inkişaf paradiqması əsasında aparılmalıdır.

Mina təhlükəsi, ətraf mühitin mühafizəsi və insan hüquqlarının müdafiəsi, Azərbaycanın 18-ci DİM təşəbbüsü

Bu gün həm ətraf mühitin, həm də insan hüquqlarının qorunması üçün ən aktual təhlükələrdən biri minalar məsələsidir. Minalar təkcə insan həyatı üçün təhlükə yaratmır, həm də ciddi ekoloji təhlükələr yaradır. Minalanmış ərazilərdə ətraf mühitin qorunması təkcə texniki proses deyil, həm də insan hüquqları məsələsidir - icmalar öz torpaqlarına və yaşayış vasitələrinə yenidən çıxış əldə etməlidirlər. Azərbaycan təcrübəsində bu yanaşmanı tətbiq edirik və hazırda parlamentdə müzakirə olunan yeni “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində bu yanaşmanı əks etdirməyə çalışırıq. Azərbaycan mina çirklənməsindən əziyyət çəkən ölkələr sırasında ön yerdədir. Azərbaycanın qarşısında qonşu Ermənistanın işğalından azad etdiyi əraziyə - Qarabağa döşənmiş təxminən 1,5 milyon minanın təmizlənməsi kimi böyük vəzifə durur. Lüksemburqdan üç dəfə böyük - 7 min kvadratkilometr ərazidə basdırılmış minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir. Azərbaycan bu məsələdə kifayət qədər dəstək alımır. Azərbaycan öz resurlasrı ilə çox geniş miqyasda minatəmizləmə fəaliyyəti həyata keçirir və uğurlu təcrübə yaradıb. Azərbaycan xüsusi bilik və təcrübə qazanıb Azərbaycan bu sahədə artan təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Onun təcrübəsi və yanaşmaları bütün dünyada həyata keçirilən bu fəaliyyətə dəstək verə bilər. Bu, nəinki təqdirəlayiq nümunə olacaq, həm də daha çox beynəlxalq donoru töhfə verməyə inandıra bilər. Məhz buna görə Azərbaycan Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qəbul olunması təşəbbüsnü irəli sürüb. Qeyd edək ki, 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü bu ilin martın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında “Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasında təsdiq edilib.

18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan hər zaman multirealizm, çoxtərəfliliyin, inklyuzivliyin təmin olunmasını öz siyasətinn əsas priroritetinə çevirib. Ölkəmiz son illər bu istiqamətdə əhəmiyyətli təşəbbüslər edib və uğurlu nümunələr yaradılıb. Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. COVİD19 pandemiyasında 30-dan çox ölkəyə yardım göstərib. Azərbayan de-kolonizasiya və müstəmləkiçiliyə qarşı mübarizə təşəbbüslüəri ilə hələ də istiqlalına qovuşmamış xalqlı müdafiə edir, onların hüquqlarının qorunmasına ictimai təşəbbüslərlə dəstək verir. COP29-da da dövlətlərinin geniş təmsilçiliyi bunun sübutudur. Azərbaycan iqlim prirotetlər ilə sülh, insan hüquqları prioritetlərini birləşdirməklə yeni viziyon və baxış təqdim edir".

Seçilən
12
azpolitika.info

1Mənbələr