AZ

Rusiya XİN-dən HƏMAS-a çağırış

Rusiya Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan Rusiya vətəndaşları Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsini tələb edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat yayıb. 

“Yüzdən çox insan əsirlikdə qalır. Günahsız insanların tutulması və uzunmüddətli məcburi həbsi heç nə ilə əsaslandırıla bilməz”, - diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, girovların azad edilməsi mövzusu Rusiya Federasiyasının HIMAS-ın siyasi qanadı və digər Fələstin təşkilatlarının nümayəndələri ilə təmaslarında “prioritetdir”.

O əlavə edib ki, girov probleminin həllində siyasi və diplomatik üsullar ən effektivdir.

Gülayə Mecid 

Seçilən
15
21
unikal.az

10Mənbələr