AZ

Kreml Şoyqunun bir həftədən çoxdur ki, Çində səfərdə olmasının səbəbini açıqlayıb

Kreml Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bir həftədən artıqdır Çinə səfərdə olmasına aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şoyqunun bir həftədən çoxdur ki, Çində olmasını Moskva ilə Pekin arasında bütün sahələrdə xüsusi tərəfdaşlıq münasibətlərinin bütün səviyyələrdə müntəzəm və davamlı əlaqəni tələb etməsi səbəbi ilə izah edib.

Onun sözlərinə görə, Şoyqunun Çinə səfəri Moskva ilə Pekin arasında geniş dialoq zəncirinin həlqələrindən biridir.

Seçilən
48
2
apa.az

3Mənbələr